11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Hadisə 30.12.2020 143

"Hələki özümü yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən elə birinci gündən vətənə qayıdacağıma inanırdım.”   

Bu sözləri erməni əsirliyindən azad olunan Dilgəm Əsgərov Unikal.org-a açıqlamasında bildirib. O, qeyd edib ki, ermənilər əsirlikdə onlara işgəncə veriblər:   

"Mən türmədə ermənilərə də deyirdim ki, gec-tez Azərbaycan əsgəri gələcək.Bu gün xoşbəxtəm ki, ordumuz gözəl torpaqlarımızı azad etdi.Qarabağımız, Kəlbəcərimiz azad oldu.Bundan böyük sevinc ola bilməz.Allah şəhidlərimizə rəhmət eləsin.Prezidentimizə də bizi vətənə qaytardığı üçün təşəkkür edirəm. Ermənilər məni təzə tutanda işgəncə verdilər. Hər əlimdən bir barmağımı sındırdılar. Bədənimə elektrik cərəyanı qoşdular. Mən Şuşa türməsində idim. Atışma olanda eşidirdim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gələndə bizə radio vermişdilər. Ordumuzun hücuma keçməsini də radiodan eşitmişdim.  Cənab prezidentimizin çıxışlarını dinləyirdim. İnanın səmimiyyətimə Ali Baş Komandanımızın "Nə oldu Paşinyan” deməyini eşitdikcə qürur duyurdum. Əsgərlərimiz Şuşaya çatanda gecə ilə məni çıxarıb Gorusa apardılar. Oradan da Yerevana gətirdilər. Azərbaycana qayıtdığıma görə çox xoşbəxtəm. "






Starxeber Bizi instagramda izləyin