11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 30.12.2020 257

Özümü yaxşı hiss edirəm, Dövlətimiz, Prezidentimiz sağ olsun, bizi Azərbaycana qaytardılar. Müalicə olunduq və bu gün evə buraxıldıq. Ali Baş Komandana, bizə dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm.

 

Bunu Azvision.az -a açıqlamasında erməni əsirliyindən azad edilən Bayram Kərimov deyib. O bildirib ki, doğma Vətəninə, ailəsinə qovuşduğu üçün çox sevinclidir.


"Sevinc hissləri keçirirəm. Ailəm, xüsusən də oğlum üçün çox darıxmışam. Sentyabrın 29-dan könüllü olaraq ordu sıralarına qoşuldum və döyüşdüm. 


Füzuli, o cümlədən Şuşanın kəndləri, Şuşa şəhəri uğrunda döyüşlərdə iştirak etmişəm. Hər kəsdə böyük ruh yüksəkliyi var idi. Torpaqlarımızı mənfur ermənilərdən təmizləyirdik, hər kəndi azad etdikcə irəli getmək üçün daha da ruhlanırdıq. Əgər Xankəndinin girişində yaralanmasaydım, sona qədər döyüşərdim”.

 

B.Kərimov xatırladıb ki, Xankəndi şəhərinin girişində qızğın döyüş zamanı yaralı yoldaşlarını çıxararkən düşmən gülləsinə tuş gəlib.

 

"Yaralı dostlarımızı çıxarırdıq. Döyüş davam edirdi. Arxadan güllə atıldı, yaralandım. Qızğın döyüş gedirdi, yoldaşlarımın məni çıxarmağa imkanları olmadı. Bizi videoya çəkən ukraynalı jurnalist Aleksandr Xarçenkonu daha sonra görmədim.Gözümü açanda artıq Ermənistanda idim”.

 

Bayram əsirlikdə ona işgəncə edildiyini qeyd edib: "Bizi aparan gündən işgəncə verdilər. Məni toka verirdilər, dubinka ilə döyürdülər, məlumat almaq istəyirdilər. Lakin mən heç nə bilmirdim və heç nə də demirdim. Gördülər ki, mən heç nə bilmirəm, ondan sonra əl çəkdilər. Bizi qaytarmağa son 10 gün qalmış artıq heç nə edilmədi, reanimasiyada 8 gün qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsindən nümayəndələr dekabrın əvvəli gəlmişdilər, atamdan məktub gətirmişdilər. Ümidimi kəsmişdim. 


Prezidentimiz sağ olsun, bizi düşmən əlindən xilas etdi. Son anadək qayıdacağımızdan xəbərimiz yox idi. Mən yalnız Bakıda təyyarədən düşəndə artıq geri qayıtdığımızı bildim”.






Starxeber Bizi instagramda izləyin