11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 28.12.2020 332

Hazırda pandemiyaya səbəb olan COVİD-19 virusu yoluxuculuq qabiliyyətinə görə artıq lider mikroblardan hesab edilə bilər.

Operativ24.Az   xəbər verir ki, bunu Trend-ə TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.

Koronavirusun yoluxma qabiliyyətinin artdığını bildirən A.Qurbanov qeyd edib ki, qripin yoluxuculuq indeksi 25 faizdir. Bu, o deməkdir ki, infeksiya mənbəyi olan insanla təmasda olan hər 100 nəfərin təqribən 20-25 faizi virusa yoluxa bilər.

O əlavə edib ki, pandemiya başlayan dövrdən COVİD-19-un yoluxma qabiliyyəti qripdən təqribən 2 dəfə yüksəkdir. Pandemiya başlayan dövrlərdə koronavirusun yoluxuculuq indeksi 50-55 faiz kimi qiymətləndirilirdi:

“Yəni xəstəlik mənbəyi ilə təmasda olan 100 nəfərin 50-55-i virusa yoluxardı. İndi isə virusun yoluxuculuq qabiliyyəti bir qədər də artıb”.

A.Qurbanov qeyd edib ki, tam dəqiq olmayan məlumatlara görə, mutasiya nəticəsində virusun yoluxuculuq indeksi 70-75 faizə yüksəlib.

İnstitut rəsmisinin sözlərinə görə, virusların arasında daha çox yoluxuculuğa malik olan qızılcadır. Onun yoluxuculuq qabiliyyəti təqribən 90 faizdir. Artıq COVİD virusu da mutasiya nəticəsində yoluxuculuq qabiliyyətinə görə qızılca virusuna yaxınlaşır:
“Bu da ona səbəb olacaq ki, virus daha sürətlə yayılmağa başlayacaq. Buna görə də bizim qoruyucu tədbirlərə daha ciddi əməl etməyimiz lazım olacaq. İndi maskadan istifadəyə, məsafənin qorunmasına, lazımsız təmaslardan çəkinməyə daha ciddi əməl etməliyik. Çünki virus daha yoluxucu olub”.






Starxeber Bizi instagramda izləyin