16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 28.12.2020 566

"Şikayətim  yenidən Hacı Zeynalabdin Bələdiyyəsindəndir. Qəsəbədə at oynadan idarələrdən  biridir ki, indiki  seçilən bələdiyyə sədri Əsli Qasımova və baş mühasib Teyyub Novruzov bir ildir 3  illik pensiya köçürmələrimi öz əllərində cəmləyiblər".

Operativ24.Az bildirir ki, bu sözləri öz müraciətində yenidən  15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyən Elton Hacıyev yazır.

Narazı keçmiş bələdiyyə işçisi daha sonra bildirir: "2019-cu ilin oktyabr ayında məlum olmuşdur ki, 2014-2016 illər üzrə Məcburi dövlət sosial sığorta olunanlar haqqında məlumatlar sistemə daxil edilməmişdir. Bu məsələ ilə bağlı araşdırmaların aparılması üçün bir ildir Sumqayıt Regional Ədliyyə İdarəsinə müraciət etmişəm. Hətta Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini mərhum Sahib Quliyev tərəfindən "Hacı Zeynalabdin Bələdiyyəsinə müraciət edə bilərsiniz...", cavabı almışam. Lakin bu məsələ bu günə kimi öz həllini tapmayıb.
Bələdiyyə İş Mərkəzinə müraciət etmişəm, yönləndirir Sumqayıt Regional Ədliyyə İdarəsinə.  İdarə isə yönləndirir Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə və beləcə vaxt gedir.

 Sumqayıt Regional Ədliyyə İdarəsi də bu bələdiyyəyə sözünü keçirdə bilmir ya da elə özünün da marağındadır ki, böyük pay Hacı Zeynalabdin Bələdiyyənin olsun". 



Keçmiş işçisi ehtimal edir, dəfələrlə qalmaqallı mövzularla gündəmi zəbt edən indiki sədrinin işdə qalmasında kimsə ona "krişalıq" edir:

"Yəqin havadarı yaman güclüdür ki, heç kəs nə bu məsələ ilə bağlı tədbir görmür. Başqa sözlə desək, bələdiyyə sədri Əsli Qasımova və baş mühasibi Teyyub Novruzov prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın vətandaşların problemlərinə necə yüksək həssaslıqla yanaşdıqlarını da gözardı edərək, faktik surətdə dövlətə meydan oxuyurlar".






Starxeber Bizi instagramda izləyin