16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 23.12.2020 399

Qədirbilən xalqımız Prezidenti ilə qürur durur


Ölkə Prezidenti, Ali Baş Komadan cənab İlham Əliyevin Vətənimizin azadlığı, respublikamızın tərəqqisi və əhalinin rifahı naminə müstəqil, uzaqgörən və müdrik siyasəti qədirbilən xalqımız tərəfindən daim dəstəklənir. Milyonlarla insanın ürəyində dərin sevgi və rəğbət qazanan ölkə başçısı hər bir vətəndaşın prezidenti olduğunu sübut etməklə dövlətə və vətənə sədaqətlə xidmət nümunəsi göstərir.
Dövlət başçısının insanlara layiqli xidmət göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır, qlobal pandemiya şəraitində mütəmadi keçirilən videoqəbullarda paytaxtın və müxtəlif rayon və şəhərlərin, o cümlədən işğaldan azad olunan Qarabağ bölgəsindən olan ümumilikdə 300-ə yaxın vətəndaşların müraciətləri dinlənilərək qaldırılan məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görülüb.
Dekabrın 23-də ədliyyə naziri Fikrət Məmmədov tərəfindən vətəndaşların növbəti videoqəbulu keçirilib, hər bir vətəndaş diqqətlə dinlənilərək ədliyyə fəaliyyətinə dair müraciətlərinin araşdırılıb konkret tədbirlər görülməsi ilə bağlı aidiyyəti məsul işçilərə müvafiq tapşırıqlar verilib.
İndiki pandemiya şəraitində videoformatda qəbulların keçirilməsindən məmnunluqlarını bildirən vətəndaşlar müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və yenilməz sərkərdəliyi ilə qazanılmış Şanlı Qələbə ilə hədsiz qürur və sevinc hissi keçirdiklərini vurğulayıb, dövlət başçısına tarixi zəfərlə əlamətdar olan doğum günü münasibətilə səmimi təbriklərini və ən xoş arzularını sonsuz məhəbbətlə ifadə ediblər.
Bildiriblər ki, xalqımız son 30 ildə qarşıdan gələn Yeni ili ilk dəfə olaraq sülh şəraitində, həmçinin uzun müddət işğal altında olmuş ərazilərimizdə qarşılayacaq, respublikamızda bundan sonra daha xoşbəxt, firavan həyat hökm sürəcək və müstəqil dövlətimiz ölkə Prezidentinin rəhbərliyi ilə gündən-günə inkişaf edərək möhkəmlənəcəkdir.
Operativ24.az 






Starxeber Bizi instagramda izləyin