16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 23.12.2020 261

“Yeni Avropa”nın tədbirlər sənayesinin ən nüfuzlu insanı seçib

İşgüzar tədbirlər sənayesində aparıcı nəşrlərdən hesab olunan “The Kongres Magazine” jurnalı 2020-ci il üzrə “Yeni Avropa”nın işgüzar tədbirlər sənayesinin ən nüfuzlu 5 insanını təqdim edib. 2606 oxucunun iştirak etdiyi səsvermə nəticəsində işgüzar tədbirlər sənayesində müxtəlif ölkələri təmsil edən 36 rəhbər şəxs arasında Azərbaycan Konqreslər Bürosunun direktoru Sevda Əliyeva birinci sırada qərarlaşıb.

Digər pillələrdə isə Macarıstan, Sloveniya və Serbiyanı təmsil edən Konqres Bürolarının rəhbərləri yer alıb.

Jurnal bildirib ki, siyahıda yer almış şəxslərin namizədlikləri özləri tərəfindən deyil, üçüncü şəxslər tərəfindən irəli sürülüb.

Qeyd edək ki, Sevda Əliyeva 2019-cu il üzrə keçirilmiş səsvermədə siyahı üzrə 5-ci pillədə qərarlaşmışdı. “The Kongres Magazine” jurnalı 10 ildən çoxdur ki, Avropanın işgüzar tədbirlər sənayesində mühüm platforma rolunu oynayır. Jurnalda sənaye nümayəndələrindən müsahibələr, eyni zamanda xəbər və məqalələr dərc olunur və 2014-cü ildən etibarən oxucuların səsverməsi əsasında il ərzində yaradıcılığı, kütləyə təsir gücü, baxış tərzi, yenilikçilik qabiliyyəti ilə fərqlənən insanlar müxtəlif nominasiyalara layiq görülürlər.
Operativ24.az 






Starxeber Bizi instagramda izləyin