16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 23.12.2020 203


Azərbaycan İlahiyyat İnstitutu “Erasmus+” mübadilə proqramı çərçivəsində Əməkdaşlıq Protokolunu imzalayıb



Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Türkiyənin Sivas Cümhuriyyət Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində Əməkdaşlıq Protokolu imzalanıb. 

Protokolda hər iki ali təhsil müəssisəsinin fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması; birgə layihələrin reallaşdırılması; müəllim və tələbə heyətinin mübadiləsi, akademik səfərlərin həyata keçirilməsi nəzərdə tutulur.

Proqram çərçivəsində Azərbaycan İlahiyyat İnstitutunun ən yüksək göstəricilərə malik olan tələbələri Sivas Cümhuriyyət Universitetində ikisemestrlik təhsil ala biləcək. Həmin tələbələr əlavə olaraq, təhsil müddəti ərzində təqaüdlə təmin ediləcəklər.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu ötən dövr ərzində müxtəlif ölkələrin ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələri yaradıb.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin