16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 23.12.2020 280

AzTU-nun layihəsi beynəlxaq müsabiqənin qalibi oldu

Azərbaycan Texniki Universitetinin (AzTU) komandası “4-cü Dünya İnnompic Oyunları – 2020” müsabiqəsində “Dünyanı xilas etmək səndən başlayır” adlı layihə ilə çıxış edib. Müsabiqənin məqsədi beynəlxalq aləmdə mövcud vəziyyətin yaxşılışdırılması, istedadlı və peşəkar insanların üzə çıxarılmasıdır. 11 ölkədən 21 komandanın iştirak etdiyi müsabiqədə AzTU-nu Tədqiqat və inkişaf şöbəsinin müdiri, komanda mentoru, yarışın juri üzvü Mərziyyə Ağayeva, Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi, komandanın rəhbəri Fərid Həsənov, komandanın üzvləri - İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Səfa Bakan və magistrant Nuru Daşdəmirli təmsil edib.
Layihədə suya qənaət qaydaları, həmçinin ona edilən qənaətin əlavə bonuslar qazandırması yolları, habelə bonusların digər kommunal xidmətlərə çevrilməsindən bəhs olunur. Əməliyyatları izləmək üçün komandanın hazırladığı "Kommunal Bank" adlı mobil tətbiqdən istifadə olunub. Bu tətbiq vasitəsilə bütün kommunal xidmətlərə nəzarət etmək və ödənişləri asanlıqla həyata keçirmək mümkündür.
Qeyd edək ki, AzTU komandasının layihəsi müsabiqədə qalib gələrək BMT-nin Davamlı İnkişaf Məqsədlərinə töhfə kimi təqdim olunub və sertifikatla mükafatlandırılıb.
http://innompics.com/events/ig2020/awards_certificates.html

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin