16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 19.12.2020 576

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində şəhid olmuş 19 yaşlı əfsanəvi əsgər Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə ilə görüşüb.Şəhid anasını Azərbaycan Silahlı Qüvvələrinin düşmən üzərində Tarixi Zəfəri münasibəti ilə təbrik edən Komitə sədri, “Vətən Müharibəsində parlaq qələbəmiz münasibəti ilə təbriki ən çox haqq edən insanlar siz şəhid ailələrisiz” deyib.
Q.Paşayeva Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı 15 dekabr tarixli Sərəncamlarla Cəbrayıl Dövlətzadənin yüksək dövlət təltifi olan “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” medalına layiq görülməsini qürurverici hadisə adlandırıb:  “Cəbrayıl bir gündə iki təltifə layiq görülüb. Oğlunuz respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi zamanı düşmənin canlı qüvvəsinin məhv edilməsində fədakarlıq göstərdiyinə, öz vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə təltif edilib. Cəbrayıl kimi gənclərimizlə hər zaman qürur duyacağıq! Ruhu şad olsun”!
Şəhid anası ilə ətraflı söhbət edən Q.Paşayeva, ona Tarixi Zəfər münasibəti ilə Mədəniyyət Komitəsi adından Məktub və üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış saat təqdim edib.
Məleykə Məmmədzadə səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.
Görüşdə “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin