Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 246 nəfər ölüb.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda koronavirus testindən 205 809 nəfər keçib, simptomları müəyyən edilməyənlərlə birlikdə 26 410 nəfər COVID-19 xəstəsi qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 31 945, ağır xəstə sayı isə 5707 olub.