16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 18.12.2020 451

Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanda yaşayan Axıska Türklərinin “Vətən” İctimai Birliyinin (ATVİB) üzvü olan bir qrup qazi və şəhid valideynləri ilə görüşüb. Görüşdə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adını almış Saatlı rayonu Nəsimikənd sakini əsgər Murad Əflətovun, Saatlı rayonu Günəşli kənd sakini şəhid Zeynalı Dursunovun, Şirinbəy kənd sakini şəhid Səlim Cabbarovun, Sabirabad rayonu Əhmədabad kənd sakini şəhid Elxan Muradovun valideynləri iştirak edib.
Övladları Azərbaycanın Vətən Müharibəsində qazi və şəhid olan Axıskalı valideynlərlə görüşdə, Q.Paşayeva, Axıska Türklərinin onun üçün çox doğma olduğunu bildirib.
Q.Paşayeva “Vətən Müharibəsində igidliklə döyüşən şəhidlərimizin ailələri və şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı qazilərimizə tezliklə sağalmalarını diləyirik, hər zaman yanınızda olduğumuzu bildiririk” deyib. O, övladı şəhid və qazi olan valideynləri tarixi qələbəmiz münasibəti ilə təbrik edib, “bu qələbə münasibəti ilə təbriki ən çox haqq edənlər sizlərsiz” deyib və Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub təqdim edib.
Pandemiya məhdudiyyətləri səbəbindən ailələrlə ayrı-ayrılıqda keçirilən görüşlərdə, ATVİB başqanı İsmayıl Rəhimov başda olmaqla Birliyin rəhbərliyi, “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi maarifləndirmə ictimai birliyinin sədri Arzu Bağırova iştirak edib.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin