11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 18.12.2020 101

Nazirlər Kabnineti xüsusi karantin rejimində Azərbaycan Respublikasının ərazisində ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə xidmətlə bağlı açıqlama yayıb.

Operativ24.Az xəbər verir ki, Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin Siyahısı” müəyyən edilmişdir.

Həmin Siyahıda nəzərdə tutulan fəaliyyət sahələri 2021-ci il 18 yanvar saat 00:00-dək həftənin bütün günlərində fəaliyyət göstərə bilərlər.

Siyahının 5.5-ci bəndinə əsasən ictimai iaşə obyektləri, o cümlədən restoran, kafe və çay evləri yalnız çatdırılma xidmətinin göstərilməsi və ya onlayn satış əsasında fəaliyyət göstərə bilərlər.
Bu rejimin tətbiqinin əsas məqsədi ictimai iaşə obyektlərində qapalı yerlərdə (zallar, otaqlar və s.) insanların sayının çoxluğu ilə əlaqədar müştəriyə yerində xidmət zamanı virusa yoluxma riskinin qarşısının alınmasıdır.

Bu baxımdan ictimai iaşə obyektlərində əvvəlcədən edilmiş sifarişlərin hər hansı bir məkana və ya xidmət göstərən obyektin qarşısında gözləyən müştəriyə çatdırılması (təqdim edilməsi) qanunvericiliyin tələblərinə uyğundur.






Starxeber Bizi instagramda izləyin