11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 18.12.2020 285

Heydər Əliyev Sarayına direktor vəzifəsinə təyinat olub.

Mədəniyyət Nazirliyindən Operativ24.Az-a verilən məlumata görə, vəzifəyə Mədəniyyət nazirinin birinci müavini, mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Azərbaycan Respublikasının Əməkdar artisti Qasımov Ramil Adıgözəl oğlu gətirilib.

Qeyd edək ki, Ramil Qasımov 1984-cü ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Siyasi idarəetmə" ixtisası üzrə bitirib. Müxtəlif illərdə ölkədaxili və beynəlxalq səviyyədə orden və medallarla təltif edilib.

Peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aparıcı solist kimi başlayıb, Həmkarlar İttifaqının sədri və quruluş hissə müdiri kimi fəaliyyət göstərib. 2004-cü ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışıb.

2011-ci ildə Azərbaycan Televiziyasının Musiqi kollektivlərinin bədii rəhbəri, 2012-ci ildə Səsyazma Evinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildə Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının direktoru vəzifəsinə təyin edilib. "Mədəniyyət” kanalında fəaliyyətə başladığı müddətdən ölkədə bir çox festivalların, telemüsabiqələrin və verilişlərin ("Bizi birləşdirən mədəniyyət”, "Əbədi Musiqi”, "Ötən illərin nəğmələri”, "Bakı gecələri”, "Mən də əsgərəm”, "Bura vətəndir”, "Romans axşamı!”, Azərbaycan bəstəkarları arasında "Romans müsabiqəsi”, "Xalq mahnıları” festivalı, "Orqan beynalxalq musiqisi” festivalı, "Azərbaycan vokalçıları” festival, "Milli nəfəs alətləri” festivalı) təşkilatçısı olub.

R.Qasımov Mədəniyyət kanalının təşkilatçılığı ilə keçirilən müxtəlif yaradıcılıq gecələrinin, müxtəlif tele-musiqili tamaşaların, "Məhsəti” operasının və Milli qəhrəmanımıza həsr olunan "Mübariz” musiqili tamaşasının təşəbbüskarı və ideya müəllifidir.

Ramil Qasımov 2015-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2016 və 2017-ci illərdə Prezident mükafatlarına layiq görülüb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimidir.






Starxeber Bizi instagramda izləyin