11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 18.12.2020 69

Dünyaya meydan oxuyan və heç kimə acımayan, xüsusilə də ağciyərlərində problemi olan, əvvəllər ürək əməliyyatı keçirmiş şəxslər üçün daha təhlükəli sayılan koronavirus infeksiyası hər gün neçə-neçə can almaqdadır.

Bütün həyatını pedaqoji fəaliyyətə həsr edən Ucar şəhər 1 saylı orta məktəbin müəllimi Məsumə Əliyeva da koronavirus bəlasının növbəti qurbanlarından biri olub.

Yaxınlarının Modern.az-a bildirdiyinə görə, Məsumə Əliyeva yanaşı xəstəliklərdən də əziyyət çəkirmiş. O, bir neçə il əvvəl acıq ürək əməliyyatı keçirmiş, daha sonra ayaq, qol sınığı, göz əməliyyatı yaşamışdı. Amma hər bir problemdən göstərdiyi qətiyyət və əzm sayəsində qurtulmuşdu.

“Həm də şəkərli diabet xəstəliyinin olması onu risk qrupunda birinci edirdi. Ağır cərrahiyyə əməliyyatlarından sonra içdiyi ovuc-ovuc dərmanların onun bir gün axırına çıxacağını deyirdi. Qorxusu böyrək çatışmazlığı probleminə yaxalanmaq idi. Ancaq amansız koronavirus onun heç fikirləşməsinə imkan vermədi”, - deyə təcrübəli pedaqoqun yaxınları bildiriblər.
Ucarda hamı onu öz peşəsini dərindən sevən müəllim, hər kəsə yaxşılıq etməyi, xüsusilə də kasıb insanlara həmişə əl tutmağı özünə borc bilən xeyirxah, oruc tutub-namaz qılan mömin xanım olaraq tanıyıblar.

Bu günlərdə Məsumə Əliyevanı yaxınları yanaşı xəstəlikləri səbəbindən onun evdən çıxmasına mane olmağa çalışsalar da, bacara bilməyiblər. Belə ki, rayonun tanınmış müəllimi Vətən müharibəsi dövründə Ucara gətirilən bütün şəhidlərin ailələrini ziyarət edib, onların valideynlərinə başsağlığı verib.

Rayon təhsilinin inkişafında xüsusi xidmətləri olmuş Məsimə müəllimənin şagirdləri bu gün ölkədə müxtəlif sahələr üzrə dövlətçiliyə öz töhflərini verirlər.

Allah rəhmət eləsin...






Starxeber Bizi instagramda izləyin