Sosial
17.12.2020
92
Xocavəndin Köhnə Tağlar və Çaylaqqala kəndləri ərazisində daha 9 erməni hərbçisinin meyiti tapılıb.
Operativ24.Az xəbər verir ki, bunu qondarma “dqr”in separatçı-terrorçuları deyib.
“Hazırda hərbçilərin ölüm səbəblərinin aydınlaşdırılması və şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər görülür”, - separatçılar bildirib.
Qeyd edək ki, bu gün Füzuli-Cəbrayıl istiqamətində 41 erməni meyiti tapılmışdı və beləliklə, 14 noyabrdan bəri döyüş meydanlarında tapılan erməni meyitlərinin sayı 933 olmuşdu.axar.az