11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin 30.05.2019 2 857

Rusiyada fəaliyyət göstərən Milli Anti-narkotik Birliyinin (MAB) Azərbaycanda filialının açılması gözlənilir.

operativ24.az xəbər verir ki, bu barədə Xalq artisti Emin Ağalarov "Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü" ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Bildirib ki, filialın Rusiya Federasiyasının Narkotiklərə Qarşı Mübarizə Birliyinin rəhbəri Nikita Luşnikov ilə birgə ölkəmizdə də açılması planlaşdırılır.

Tədbirdə Luşnikovla yanaşı, qarışıq döyüş növləri üzrə çempion Fedor Emelyanenko və teatr, kino aktyoru Pavel Derevyanko iştirak edib.

"Mən Azərbaycanı çox sevirəm. Ona görə rusiyalı dostlarımı vətənimə dəvət etdim ki, bu problemi birlikdə həll edək. Şəxsən həyatda bəxtim gətirib ki, narkotikə toxunmamışam. Düşünürəm ki, bu, həqiqətən də uğurdur. Çünki çalışdığım sahədə bu, nadir hallarda baş verir. Mənim dörd övladım var və istərdim ki, bu bəladan onları mümkün qədər qoruyum", - deyə Ağalarov bildirib.

Emin əmindir ki, Azərbaycan dövləti onun bu layihəsini dəstəkləyəcək.

Narkotik MAB-ın rəhbəri Nikita Luşnikovun ömründən 10 ilini qoparıb.

Bu barədə Luşkinov özü etiraf edib. Onun sözlərinə görə, Rusiyada elə bir narkotik yoxdur ki, ondan istifadə etməmiş olsun. Luşnikov möcüzəvi şəkildə bu bəladan xilas olduğunu deyib. Bundan sonra - düz 15 il öncə MAB-ı yaratmaq qərara gəlib. Məqsədi isə narkotik alüdəçilərini bu bəladan xilas edərək, sağlam həyata qovuşdurmaqdır.

"Rusiyada narkomaniya çox inkişaf edib. Narkomanlar arasına məşhur simalar da var. Onlar yardım üçün tez-tez bizə müraciət edirlər. Amma təəssüflər olsun ki, onların adlarını açıqlaya bilmirik, çünki müalicə anonim şəkildə aparılır. Elə məşhurlar da var ki, onlar bizə müraciət etməkdənsə, tanınmış şou verlişlərə üz tuturlar. Halbuki həmin verlişlər onların bu kədərli həyat hekayələri üzərində reytinq qururlar", deyə Luşkinov qeyd edib.

Nikita Luşnikov həmçinin MAB-a müraciət edənlər arasında azərbaycanlıların da olduğunu söyləyib:

"Emin ilə ilk dəfə görüşəndə mütləq şəkildə Bakıda da nə isə bir iş görməyin lazım olduğunu düşündük. Hazırda bizi həm Rusiyada, həm də Azərbaycanda dəstəkləyənlər var. Bizə Azərbaycandan müraciət edənlər olub və onlar müalicə dövrünü uğurla başa vurublar".






Starxeber Bizi instagramda izləyin