Ötən gün Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib.
operativ24.az xəbər verir ki, görüş "Çelsi" klubunun böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.
Beləliklə, Bakıda baş tutan möhtəşəm finalda "Çelsi" 6 ildən sonra tarixində 2-ci dəfə Avropa Liqasının qalibi olub.
Komandanın forvardı Oliviye Jiru isə 11 topla mövsümün bombardiri adını qazanıb.