11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 29.05.2019 1 179

"Bakı Metropoliteni"nin stansiyaları futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə səhərə qədər işləyə bilər.

operativ24.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün bütün metro stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq. Həmin vaxt sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən ehtiyat qatarların ayrılması nəzərdə tutulub:

"Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, həmin gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək. Zərurət yaranacağı təqdirdə isə metro səhərə qədər fəaliyyət göstərəcək.

Məqsədimiz final oyununu izləyən sonuncu azarkeşə qədər təhlükəsiz və rahat mənzil başına çatdırmaqdır. Hələlik gecə saat 04:00-a qədər işləməyi planlaşdırırıq. Əgər həmin vaxtdan sonra sərnişin qalarsa, onların da daşınması üçün fəaliyyət göstərəcəyik. May ayının 27-dən turistlərin daha sıx istifadə edəcəyi stansiyalarda üzərində könüllülər əcnəbilərə bələdçilik edəcək".






Starxeber Bizi instagramda izləyin