11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Siyasət 20.11.2020 100

Türkiyənin sabiq Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırım Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. 

Operativ24.Az xəbər verir ki, məktubda deyilir: 
"Cənab Ali Baş Komandan.

Zati-alinizin rəhbərliyi ilə qardaş Azərbaycanın işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı mübarizəni böyük fəxr və həyəcanla izlədik.

Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün həyata keçirdiyiniz inamlı, qətiyyətli və cəsarətli mübarizənin Azərbaycanla yanaşı, türk xalqlarına da yeni coşqu və ümid gətirdiyini qeyd etmək istəyirəm. Böyük dövlət xadimi, mərhum Prezident Heydər Əliyevin hədəf və ideyaları Sizin liderliyinizdə reallaşıb. Belə ki, Azərbaycan torpaqlarının 30 illik işğalı başa çatıb, Türkiyə-Azərbaycan birliyinin təməli daha da möhkəmlənib.

Əziz Qardaşım, “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Azərbaycan xalqına və Zati-alinizə olan mənəvi dəstəyimizi dünyaya göstərmək məqsədilə noyabrın 2-də ölkənizə səfərimiz zamanı yüksək qonaqpərvərliklə qarşılandıq. Məni və dostlarımı qəbul etdiyinizə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Bununla yanaşı, görüşlərimizin Azərbaycan, Türkiyə və hətta beynəlxalq mediada geniş işıqlandırılması “Bir millətin iki diasporu olmaz” fikrinin bariz nümunəsi oldu.

Başda Prezidentimiz Rəcəb Tayyib Ərdoğan olmaqla, Anadoludakı türk qardaşlarınızın haqlı mübarizənizdə daim yanınızda olduğunu və bundan sonra da hər zaman olacağını bilməyinizi istəyirəm.
Siz Azərbaycan Ordusunun gücünü nümayiş etdirdiniz və işğalçı erməni ordusunu qarşınızda diz çökdürdünüz. Bununla da “Qarabağ Azərbaycandır!”

ifadəsinin həqiqiliyini bütün dünyaya göstərdiniz.
Qələbəniz mübarək olsun! Allah Azərbaycanı və azərbaycanlı bacı-qardaşlarımızı qorusun!".






Starxeber Bizi instagramda izləyin