Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətində helikopterin qəzaya uğraması nəticəsində 8 sülhməramlı əsgər həyatını itirib.
Operativ24.Az-ın məlumatına görə, bu barədə Al Arabiya xəbər verib.
Bildirilib ki, bunların arasında 6 ABŞ hərbçisi, 1 Fransa vətəndaşı və 1 Çexiya vətəndaşı var.
Məlumata əsasən, UH-60 Black Hawk helikopteri texniki nasazlıq səbəbindən qəzaya uğradı.demokrat.az