Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Operativ24.Az "Hürriyet"ə istinadən xəbər verir ki, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.
Ərdoğan Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən çıxması zəruriliyini bildirib.
Türkiyənin dövlət başçısı qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.