16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Hadisə 28.10.2020 197

"Mənə zəng elədi, xeyli danışdıq. Qayıtdı ki, ata, sabah bəlkə siz tərəfə getdik. Onda oktyabrın 19-u idi. Ayın 21-də gördük telefonda video var, deyir, Şükür, bura Balasoltanlıdır, çayın o tərəfi başqa yerdir. Mat-məəttəl qaldım. Dəfələrlə deyiblər ki, heç kimin yerini deməyin. Müdafiə Nazirliyi nəyi elan edirsə, onu bildirmək lazımdır. Oğluma dedim ki, təcili Şükürə zəng elə. Dedilər, bu video artıq hamıda var".

Operativ24.Az xəbər verir ki, bu sözləri şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun atası Nəriman Həmidov  "Xəzər" TV-də qonaq olarkən deyib.

Şəhid atası bildirib:.

"Ayın 22-də böyük həvəslə televizorda xəbərləri gözləyirdik. Televizorda dedilər ki, bir neçə dəqiqədən sonra sizə şad xəbər verəcəyik. Mən də bütün ailə üzvlərimi ekran başına yığdım. Xəbərlərin başlamasına 5 dəqiqə qalmışdı, gördüm oğlum ağlaya-ağlaya girdi içəri. Ondan sonra xəbərlərə də baxmadıq. Böyük itkidir. Valideyn üçün bu, hər şeydir. Heç bir valideynə qismət olmasın. Xalqımızın hazırkı dövrdəki bu birliyi, bu həmrəyliyi ürəyimi o qədər açır ki... Deyirəm, Allah bunu bizə həmişə bəxş edə. Bu, müharibədir, itki də olacaq. Bu olmasa, düşmənin mundar ayağını torpaqlarımızdan təmizləyə bilmərik".

Nəriman Həmidov Prezident İlham Əliyevin ona zəng etməsindən də söz açıb: "Şükür Həmidovun tabutunu gətirəndə o qədər adam yığışmışdı, bu da adama təsəlli verirdi. Şəhidlər Xiyabanında dəfn zamanı da adam əlindən yer yox idi. Cənab Prezidentin hər dəqiqəsi qızıldı. Amma mənə zəng etdi, başsağlığı verdi, kədərləndiyini bildirdi.

Bu, mənə böyük təsəlli verdi. Mənim arzum odur ki, torpaqlarımız son qarışa qədər alınsın. Xankəndidə, Şuşada qələbə bayrağımız dalğalansın, xalqımız qələbəni qeyd etsin".







Starxeber Bizi instagramda izləyin