11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 23.10.2020 78

“Bir müddət qabaq xəbərdarlıq etmişdik ki, ilin soyuq fəslində - payız-qış mövsümündə yoluxmaların sayında artım ola bilər. Həmin dövrə gəlib çatırıq. Soyuq mövsümü başlayandan sonra yoluxmaların sayı kəskin artır”.

Operativ24.Az  xəbər verir ki, bunu TƏBİB-in elmi komitəsinin sədri Akif Qurbanov REAL TV-nin efirində qonaq olarkən deyib. O bildirib ki, elə ölkələr var ki, heç xəstəlik ilk yayılanda bu qədər yoluxma olmamışdı:

“İstər Avropa ölkələri, istərsə Amerika, Brazilyada yoluxma birmənalı olaraq artmaqdadır. Bütün dünya ictimaiyyəti də, səhiyyəsi də çalışır ki, yoluxma artmasın. Sözsüz ki, Azərbaycan da dünyanın bir parçasıdır. Burada da yoluxma sayının artmasına havaların soyuması təsir göstərməkdədir. Soyuq hava yuxarı tənəffüs orqanların  işini çətinləşdirir, bütün respirator xəstəlikləri, o cümlədən COVİD-19–da aktivləşir. Digər səbəblər isə özümüzdən asılıdır. 

Bunu dəfələrlə demişik. Təmasların sayının artması və qorunma tədbirlərinin olmaması yoluxma sayının artmasına gətirib çıxarır. Yoluxma artanda da çox sürətlə artır. Silsilə ilə bu proses artmış olur. Təmaslar varsa, mütləq maskadan istifadə etməliyik. Sosial qaydalara riayyət etməliyik”.






Starxeber Bizi instagramda izləyin