11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 23.10.2020 212

Hamıya bəllidir ki, Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Ancaq təbliğat işləri və digər kompleks tədbirlər aparılmasaydı, yəqin ki, onda bu rəqəmlər daha yüksək olardı.

Operativ24.Az xəbər verir ki, bunu Azərbaycanın baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, COVİD-19 infeksiyası ilə yoluxma hallarının azaldılmasının əsas yolu insanlar arasında təmasların azaldılmasıdır:

“Aparılan təbliğat işləri və digər kompleks tədbirlər bu məsələnin həllinə istiqamətlənib. Bəli, biz yoluxma sayında özümüzə məxsus maksimum həddi aşdıq. Lakin ətrafımıza nəzər salın. Bir çox ölkələrdə bu vəziyyət bizdə olduğundan da pisdir və qonşu ölkələrdə bu hal daha öncə baş verib. Yaddan çıxarmayaq ki, biz hərbi vəziyyət şəraitində yaşayırıq. İndiki durumun özəlliyi bir də odur ki, infeksiyanın yayılmasının bir illik tsikli tamamlanmayıb və biz qış-yaz-yay mövsümünü bitirmişik. Bu gün isə payızdan qışa doğru gedirik. Təbii ki, pandemiya dövrü üçün bu, yeni bir vəziyyətdir və əvvəlkindən fərqlənir”.

Baş infeksionist əlavə edib ki, son günlərdə qəbul olunmuş karantin tədbirlərinin effektivliyi haqqında danışmaq hələ tezdir. Bunun üçün müəyyən vaxt keçməlidir.

Artım belə davam edərsə, yaxın aylarda koronavirusla bağlı gözlənilən vəziyyətin necə ola biləcəyinə gəldikdə, T.Eyvazov qeyd edib ki, ehtiyac olarsa, istənilən yeni yaranan vəziyyət zamanı buna uyğun qərarlar qəbul olunacaq:

“Artım davam edərsə, yəqin ki, bu qərarlar veriləcək. Mart ayından etibarən həm Azərbaycanda, həm də bir sıra ölkələrdə müxtəlif artımlarla üzləşilib. Belə vəziyyətlərdə nəyi və nə vaxt etmək haqqında nəzarətedici orqanlarda artıq kifayət qədər təcrübə toplanıb və qeyd etdiyim payız-qış mövsümünə aid məlumatlar da toplanılır. Bildiyiniz kimi, indiyədək aparılan mübarizə tədbirləri səmərəli, effektiv olub”.//yenisabah.az






Starxeber Bizi instagramda izləyin