Ali Baş Komandan İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngilan rayonunun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam nəzarətə götürülüb. Hazırda cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir”.
Operativ24.Az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
O qeyd edib ki, Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir: “Qələbə bizimlədir!”