11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 21.10.2020 261

Xəbər verdiyimiz kimi yoluxanların sayı kəskin artıb. Belə ki, bu gün koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Ölənlərin sayı isə 7-yə çatıb. Yoluxanların sayının artmaması üçün yenidən SMS icazə sisteminə keçirilə bilərmi?

Operativ24.Az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, SMS icazənin yenidən tədbiq edilməsi gözləniləndir:

"Karantin rejimi yenidən sərtləşdirilə bilər. 

Yoluxmaların sayının daha çox artmaması üçün sərt karantin tədbirlərinin görülməsi vacibdir. İnsanların bir-birilə təmasları məhdudlaşdırılmalıdır. Bilirsiniz ki, orta məktəblər və metro bağlanıldı. Bunun özü də karantin rejiminin sərtləşdirilməsidir. Hətta evdə qalmağa qədər karantin rejimi sərtləşdirilə bilər.

İnsanlarımız başa düşməlidir ki, indiki dövrdə karantin davranışılarına əməl etmək və vətəndaş məsuliyyətini ortaya qoymaq vacibdir. Əlbəttə ki, məsuliyyətsiz davrannışlar yoluxmaların sayını 700-ü keçməsinə səbəb oldu. Ən təhlükəli məqam isə bu xəstəliyin ön cəbhəyə keçməsidir. Ona görə də lazım olan bütün tədbirləri görməliyik".






Starxeber Bizi instagramda izləyin