Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Operativ24.Az xəbər verir ki, rayonun Soltannuxa kənd sakini Allahyar Baxışlı idarə etdiyi "VAZ 21015" markalı minik avtomobili ilə Qəbələ-Ağdaş yolunda hərəkətdə olan zaman Zarağan kəndi ərazisində piyada, 1958-ci il təvəllüdlü Aydınqışlaq kənd sakini Qafarov Şərafəddin Şərif oğlunu vurub.
Ş. Qafarov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. \\\ APA