16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Siyasət 16.10.2020 72

Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlər üçün geniş mətbuat konfransı keçirib. 

Operativ24.Az Modern.az-a istinadən xəbər verir ki, Lavrov Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb.
 
“Danışıqlar masasında olan və müzakirə edilən sənəd Ermənstan ordusunun Dağlıq Qarabağın təhlükəsizliyinə və Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə, regionun statusunun müəyyən edilməsinə qədər 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu daha 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur. Bütün bu müddət ərzində bölgədə sülh  sülhməramlılar tərəfindən həyata keçiriləcək”,- deyə Lavrov deyib.
 
O, münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edib. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib.
 
“İndi son baş verən qanlı toqquşmalar danışıqlar prosesini sürətləndirməklə paralel təhlükəsizlik məsələlərini də həll etməyə imkan verəcək”- deyə Lavrov əlavə edib.


O həmçinin, Ankaranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Moskva tərəfindən qəbul edilmədiyini də əlavə edib.

Rusiyanın baş diplomatı “Türkiyəni heç vaxt strateji tərəfdaşımız kimi təsnif etməmişik”-deyə bu ölkə ilə münasibətləri xarakterizə edib. 
 
O, erməni xarici işlər naziri Zoqrab Mnatsakanyanla Azərbaycan XİN-in rəhbəri Ceyhun Bayramovun qatıldığı 11 saatlıq Moskva danışıqlarını Vladimir Putinlə sıx əlaqədə apardığını vurğulayıb.






Starxeber Bizi instagramda izləyin