16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Siyasət 15.10.2020 98

“Mən şadam ki, bu gün onun kimi bu sözləri deyən minlərlə insan var. Onlar deyirlər, göz yaşları tökürlər. Bu, sevinc göz yaşlarıdır ki, mən artıq qaçqın deyiləm, mən bu qaçqınlıq vəziyyətindən canımı qurtarmışam”.

Operativ24.Az xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibəsində Tərtərdə yaşayan məcburi köçkünlərdən birinin artıq məcburi köçkün olmadığı barədə NTV-nin müxbirinə söylədiklərinə münasibət bildirərkən söyləyib.

Dövlət başçısı bildirib ki, ona minlərlə məktub daxil olur:

“Bu məktubları oxuyanda sözün düzü, bəzi hallarda mən də sevinc göz yaşlarımı saxlaya bilmirəm. O qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər orada yazılır və mənə mesaj kimi çatdırılır ki, bir daha görürəm ki, nə qədər Azərbaycan xalqı böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq ki, gün gələcək, onlar öz dədə-baba ocaqlarına qayıdacaqlar, bu, doğurdan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini biz hamımız bizim insanlara bəxş edə bildik. Bir daha demək istəyirəm, mən artıq bunu demişəm, orada hər şey dağılıb. İnşallah, hərbi qarşıdurma başa çatandan sonra siz də, biz, hamımız, bütün insanlar gedib görəcəklər ki, ermənilər orada hansı vəhşətlər yaradıblar. Bütün şəhərlər darmadağındır, yəni Stalinqraddan da pis mənzərədir. Evlər dağılıb, bizim bütün əmlak talan edilib, çərçivələr, qapılar - bütün hər şey talan edilib. Heç nə yoxdur. İndi Füzuli kəndlərindən əsgərlərimiz xəbər verir, materiallar göndərir, Füzuli şəhəri də artıq bizim gözümüzün qabağındadır, orada bir dənə də salamat bina tapmaq mümkün deyil. Bu vəhşiliyi törətdilər. Amma bizim qaçqınlarımız bilirlər ki, o torpaqları biz bərpa edəcəyik, evləri inşa edəcəyik, onlar ora qayıdacaq və sülh, əmin-amanlıq şəraitində öz dədə-baba torpaqlarında yaşayacaqlar”.






Starxeber Bizi instagramda izləyin