16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Siyasət 15.10.2020 98

"Erməni xalqı real vəziyyəti bilmək istəyirsə, bizə qulaq assın”.

Operativ24.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev “NTV Türkiyə” kanalına müsahibəsində deyib.

Dövlət başçısı jurnalistin “Qarşı tərəf masaya oturanadək siz cəbhədə irəliləyəcəksiniz?” sualına belə cavab verib:

“Biz irəliləyəcəyik. Onlar atəşkəsə riayət etmirlər. Biz ciddi əmr vermişdik ki, atəşkəsə ordumuz əməl etsin, biz saat 12-də durduq, amma onlar durmadı.

Biz özümüzü müdafiə etmək üçün hərəkətə keçdik, bir neçə kəndi də azad etdik. Sülh danışıqları başlayanda ilk təqvim verilməlidir ki, Ermənistan hansı torpaqdan nə vaxt çıxır və çıxmalıdır. Əks halda biz davam edəcəyik. Təməl prinsiplərində göstərilmişdi ki, ilk mərhələdə 5 rayon bizə qaytarılmalı idi. Artıq bizə qaytarılmalı olan 5 rayondan 2-nin böyük hissəsi bizdədir.

Belə davam edərsə, digər rayonları da alacağıq. Biz döyüş meydanında təməl prinsipləri reallaşdırırıq. Minsk qrupu isə buna nail ola bilməmişdi.

Bu gün Azərbaycan Ordusu bütün istiqamətlər üzrə düşmənə sardıcı zərbələr endirib. Biz irəliləyirik, hər dəfə yeni torpaqları azad edirik. Ermənistanın texniki təchizatı sarsılıb. Yaxınlarda olacaq açıqlamalar onları daha da sarsıdacaq. Erməni xalqı real vəziyyəti bilmək istəyirsə, bizə qulaq assın”






Starxeber Bizi instagramda izləyin