11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 14.10.2020 195

"Əgər dünən Ermənistanın Azərbaycanın şəhərlərinə tuşlanan raket sistemləri neytrallaşdırılmasaydı, atılan raket Bakıya və ətrafına düşüb zərər yetirə bilərdi".

Operativ24.Az xəbər verir ki, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev deyib. O bildirib ki, kəşfiyyat məlumatına görə, mülki yaşayış məntəqələrimizə atılan "Toçka U" raketi Xankəndidən atılıb:

"Mülki əhaliyə atılan bir neçə raket havada məhv edilib. Azərbaycan həmin raket sistemlərinin atəşə başlamadan öncə tapılaraq zərərsizləşdirilməsi üçün kəşfiyyat-əməliyyat işlərinə başlayıb. Oktyabrın 12-si Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka U" ballistik raket sistemi məhv edilib. Dünən gecə saat 01 radələrində 2 ədəd, səhər saat 08 radələrində 1 ədəd "Elbrus" raket sistemi Ordumuz tərəfindən tapılaraq məhv edilib. 300 kilometr atış məsafəsinə məxsus "Elbrus" raket sistemini Dağlıq Qarabağ ərazisinə gətirilsəydi, onun hədəfi vurma məsafəsi Bakı şəhərinə çatardı. Ona görə də bilmək olmazdı ki, Ermənistan hansı şəhərə raket atacaq".

Daha sonra İkram Əliyev Ermənistanın Azərbaycanın mülki ərazisinə atdığı raket sistemləri, onların hədəfi vurma məsafəsi və digər texniki göstəriciləri haqda diplomatik korpus nümayəndələrinə məlumat verib.






Starxeber Bizi instagramda izləyin