16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Siyasət 11.10.2020 95

Ermənistan tərəfinin Azərbaycan hərbçilərinin Hadrutda dinc sakinləri – qadın və onun əlil oğlunun guya qətlə yetirmələri barədə yaydığı xəbər əsassızdır, heç bir fakta söykənmir və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədini güdür.

Operativ24.Az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Birincisi, Ermənistan tərəfi hələ də Hadrutun itirilməsi və onun Azərbaycan nəzarətinə keçməsi fikri ilə barışa bilmir. Gün ərzində Hadrut ilə əlaqədar ziddiyyətli məlumatlar yaymaqla isə Ermənistan tərəfi öz əhalisini bu mövzu ilə bağlı çaşqınlıq içində saxlamaq istəyir.

İkincisi, nədənsə həmişə “dəqiqliyə” və “incə məqamlara” fikir verən Ermənistan bu dəfə “qətlə yetirilən” şəxslərin ad və soyadlarını geniş ictimaiyyətə açıqlamır. Burada tam əminliklə bildirmək olar ki, ad və soyadlar ya qəsdən unudulur, ya da ümumiyyətlə bu cür şəxslər və hadisə olmadığı üçün onu uydurmaq lazım gəlir.
Üçüncüsü, erməni xalqından daim “iztirab çəkən” obrazı formalaşdırmağa çalışan Ermənistan, bu dəfə də “incidilmişlər” rolunu yenə də qadın və onun əlil oğluna həvalə edir.

Bir daha bildiririk ki, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparır.






Starxeber Bizi instagramda izləyin