11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin / Sosial 15.05.2019 1 248

Yeniliklərlə bağlı danışardınız zəhmət olmasa… Hansı serial çəkilirsiniz?

-    Hazırda yeni bir seraila başlamışıq. Komdediya serialıdır. “Dədə malı” adlanır.  Atalarını itirmiş qardaşlar mülk üzərində davad edirlər. Mən də həmin qardaşlardan birinin xanımıyam. Gənc ailədir, uşaq arzu edirlər və müalicə alırlar.  Müalicə düzgün aparılmır deyə, kişidə qadın hormanları, xanımda isə kişi hormonları inkişaf edir. Əslində, “Dədə malı” komediya janrında olsa da, hər kəsə bir mesajdır.  Heç bir zaman  valideyni unutmamaq, el-obadan kənarda olanda yadlaşmamaq üçün insanlara xüsusi mesaj verir. 

Bir çox seriallarda rol almısınız. Sizcə hansı daha çox uğur gətirib?

-    Mənə elə gəlir ki, hər serialın öz yeri var. Hər işdə ayrı zəhmət var. Ola bilsin ki, “Bir aləm” serialı həm dram həm də uzun müddətli olduğu üçün yadda çox qaldı.

Sözügedən serialda göz yaşlarınızla yadda qalmışdız. Həyatda da kövrək insansız?

-    Akyor, aktrisalar  var ki, o kimi səhnələri oynayanda gözyaşardıcı vasitələrdən - qlisirindən istifadə edir. Amma, mən də təbii göz yaşları olub. Həyatda deməzdim kədərliyəm, amma çox həssasam. Soyuqqanlı insan deyiləm. Hansısa insanın bədbəxt taleyi mənə çox təsir edir.  

Hazırda çəkildiyiniz serialda hansı aktyor, aktrisalarımız iştirak edir?

-    Layihə rəhbəri ARB Günəşin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissor Vüsal Məmmədov, quruluşçu operator Mehdi Yaqubov, prodüsser isə Şahin Yusifovdur. Serialın aktrisa və aktyor heyəti isə Nəzakət Məmmədli, Əzizağa Əzizov, Elsevər Camal, Coşqun Viləş, Rada Nəsibova, Gülmira Fərzəliyevadır. Az kollektivdi amma çox maraqlı olacaq. Qeyd edim ki, serial Arb kanalında yayımlanacaq. 

Qonorar sizin üçün vacibdir?

-    Xeyr, hər şey puldan ibarət deyil ki... Əgər, oradan insanlara, tamaşaçılara yaxşı örnək oluramsa, niyə həmin filmə çəkilməyim?!

Bəzi məşhurlar kimi özünüzdə ulduzluğu hiss etmisiniz?
-    Mən çox görmüşəm belə şeyləri... Mən heç vaxt ulduzluq xətəliyinə tutulmamışam. Mən sevdiyim işlə məşğulam.

Teatrda işləyirəm, seriallara çəkilirəm, kifayət edir. Bu mənim üçün ən böyük xoşbəxtlikdir. Kənardan baxıram elə insanlara həqiqətən, çox pis görünür. 

Hansı filmləri izləyirsiniz?

-    Mən real həyatı əks etdirən filmləri izləməyi xoşlayıram. Və vaxtaşırı izləyirəm. 

Kimə pərəstiş edərək aktrisalığı seçdiniz?

-    Azərbaycanımızın çox dəyərli sənətkarları var ki, onlara baxmışam. Məsələn, Nəcibə Məlikova, Şəfiqə Məmmədova, Amaliya Pənahova və s. kimi sənətkarlarımızı uşaq vaxtı çox izləmişəm. , Firəngiz Mütəllimova, Sənubər İsgəndərli kimi aktrisaları bəyənirəm, həmçinin, onlarla bir teatrda eyni səhnəni paylaşıram. Gənc aktrisa üçün bu çox böyük xoşbəxtlikdir. 

İlk oynadığınız rol hansı olub?

-    Mən xoşbəxtlikdən ilk dəfə əsərlərini sevdiyim Cəfər Cabbarlının “Oqtay Eloğlu” əsərində Oqtayın bacısı rolunu oynamışam. Cəfər Cabbarlının əsərlərinini çox sevirəm.







Starxeber Bizi instagramda izləyin