"Status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışları havada qalır".
Operativ24.Az xəbər verir ki, bunu Prezident İlham Əliyev rəsmi tvitter hesabında yazıb.
"Ermənilərin mövqeyi tarixi yalana, beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına əsaslandığı halda, bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə, tarixi ədalətə əsaslanır" deyə, ölkə başçısı qeyd edib.//axsam.az