11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 7.10.2020 117

Xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryanın iştirakı ilə Bakıda mətbuat konfransı keçirilib.

Operativ24.Az xəbər verir ki, mətbuat konfransında öncə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edib.

O bildirib ki, Aznif Baqdasaryanın nənəsi Bakıda yaşayıb: “O, hər yay nənəsinin yanına gəlib. Biz görüşəndə nənəsinin yaşadığı həmin o yerləri də görmək istədi və onu həmin yerə apardıq. O, həmçinin Azərbaycan qutabını xoşladığını deyib. Biz gedib çay da içdik və o, Azərbaycan qutabını daddı. Biz ona bir daha dedik ki, Azərbaycanın erməni xalqı ilə işi yoxdur. Azərbaycan işağl olunmuş yerlərdə humanitar dəhlizin açılmasına razıdır. Biz bu barədə Azniflə söhbət etdik. Heç bir problemi yoxdur”.
Daha sonra çıxış edən xilas edilərək döyüş bölgəsindən təxliyə olunmuş Ermənistan vətəndaşı Aznif Baqdasaryan bildirib ki, Düşənbə şəhərində anadan olub: “Nənəm 1988-ci ilə qədər Bakıda yaşayıb”.

A.Baqdasaryan bildirib ki, onun üçün pis millət və pis ölkə heç vaxt olmayıb:

“Biz də sizin kimi müharibə istəmirik. İstəmirik ki, analar övladlarının ölümünə ağlasın, uşaqlar isə yetim qalsın. Müharibə çoxlu dərd gətirir. Əvvəllər iki millət dostluq və sülh içərsində yaşayırdı. Məni qorxudurdular ki, sən azərbaycanlıların əlinə düşsən öldürəcəklər. Ancaq tam əksi oldu. Mənimlə yaxşı rəftar edirdilər. Mənə Bakını göstərdilər. Sevdiyim qutabı burada yedim. Kim nə deyir-desin, ən dadlı qutabları Bakıda bişirirlər. Mən Bakıda paxlava ilə çay içdim. Həmçinin mənə köhnə və xoş xatirələrimin olduğu Bakını göstərdilər. Nənəmgilin yaşadığı evi də mənə göstərdilər”.






Starxeber Bizi instagramda izləyin