11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 6.10.2020 107

Serbiyanın prezidenti Aleksandr Vuçiç Türkiyənin pilotsuz uçuş aparatları (PUA) ilə maraqlandığını bildirib.

Operativ24.Az  xəbər verir ki, bu barədə məlumatı "Anadolu” yayıb.

Bildirilib ki, A.Vuçiç paytaxt Belqraddakı Serbiya Sarayında jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin "Bayraqdar” PUA-sını tərifləyib. Dövlət başçısı onları gələcəkdə almaq niyyətinin olduğunu bildirib: "Türkiyə tərəfi ilə razılaşıb-razılaşmayacağımızı görəcəyik. Nə olursa-olsun, burada sözügedən PUA olduqca yaxşıdır. Türkiyə istehsalçıların haqqını vermək lazımdır”.
"Biz heç kimi təhdid etmirik, heç kəsə hücum etmirik. Ancaq bir sürprizlə qarşılaşmamaq üçün daim hazır olmalıyıq. Bu çərçivədə lazımi addımları atırıq”, - o vurğulayıb.

A.Vuçiç həmçinin PUA-ların bahalı, lakin ağıllı yatırım olduğuna da diqqət çəkib.

Qeyd edək ki, Türkiyənin pilotsuz uçuş aparatı ilə maraqlanan bir başqa ölkə də Ukraynadır. Belə ki, Şərqi Avropa ölkəsi 48 ədəd "Bayraqdar TB2” zərbə PUA-sı almaq niyyətindədir.






Starxeber Bizi instagramda izləyin