11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 6.10.2020 212

"Cənubi Qafqazdakı problemin tək həlli yolu Ermənistanın işğal etdiyi torpaqlardan bəhanəsiz çəkilməsi, Dağlıq Qarabağa Azərbaycan bayrağının sancılmasıdır. Başqa çarə, seçim və çıxış yolu yoxdur. Biz türk millətiyik.

Şəhid olan soydaşlarımızın cənazəsi qiyabi olaraq hamımızın evindən çıxıb.  Ermənistan qatil bir dövlətdir. Türk millətini özünə düşmən elan edib. Öz prinsipləri yoxdur, Yerevan bir maşa, ilan başlı bir kukladır”.

Operativ24.Az   xəbər verir ki, bu sözləri Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı  deyib. O, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 27-ci mövsümünün ilk qrup toplantısında çıxışı zamanı Azərbaycanın dayanmayacağını, sonadək mübarizə aparacağını bildirib:

"Artıq bıçaq sümüyə dayanıb, səbr kasası daşıb. Paşinyanın peşman olacağı günlər gəlib çatıb. O gün bu gündür! Cəza evindən yeni çıxan Robert Koçaryan və Baş Nazir Paşinyan arasında daxili siyası rəqabətə xarici güclər müdaxilə edir.

Ancaq Yerevanın kinli əməli Dağlıq Qarabağda torpağa basdırılır. Çarəsiz qalan Ermənistan Gəncə, Mingəçevir, Tərtərə hücum edir, məsum insanları hədəf alır.  Bu, günahdır, alçaqlıq, şərəfsizlikdir. Qorxaq Ermənistan çarəni mülki şəxslərə hücum etməkdə görür. Terror dövləti olan Ermənistan bir həftə içində 30-a yaxın insanı qətl edib. Ermənistanın ən yaxşı bildiyi şey sıravi insanlara silah çəkməkdir. Qadınları, yaşlıları, müdafiəsiz insanları bombalayan bu rəzil dövlətdir.

Xocalıda 613 soydaşımızın qanını axıdan, bir milyon insanımızı evindən didərgin salan bu canavarlardır. Can Azərbaycan durmayacaq, zülmün kökünü həyəcanla qazacaq. Xəyanətə görə hesab verəcəklər. Qanımızla yanlarındayıq, varlığımızla arxalarındayıq. Ermənilər ya Dağlıq Qarabağdan çıxacaq, ya da əziləcəklər”.






Starxeber Bizi instagramda izləyin