11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 5.06.2020 156

"Dövlətin gördüyü tədbirlər əhalinin sağlamlığının qorunması üçündür. Buna nə üçün etiraz edirlər? Təklif edərdim ki, cümə günü də bu məhdudiyyət tətbiq olunsun, üç gün küçəyə çıxmaq qadağan olunsun".

operativ24.az bildirir ki, bunu oxu.az-a Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev deyib.

Onun sözlərinə görə, vətəndaşlar görülən tədbirə dəstək olmalıdır:

"Ölkə ərazisində karantin rejimi çərçivəsində həftəsonları küçəyə çıxmaq qadağan olundu. Bu, yerində verilmiş qərardır. İnsanlar buna dəstək olmalıdır. Qərar ölkə ərazisində fəaliyyət sisteminə ciddi mane olmur. 

Bu, virusun geniş yayılmasının qarşısını almağa kömək edəcək. Türkiyənin timsalında bu üsulun effekt verdiyini gördük. İnanıram ki, bu qadağalar bir neçə həftə davam etdiriləcək.

Nəticədə, yoluxma sayında kifayət qədər azalma müşahidə olunacaq. Vətəndaşlar cərimədən qorxduğu üçün yox, sağlam qalmaq üçün qoruyucu vasitələrdən istifadə etməlidir".

C.İsayev onu da əlavə edib ki, koronavirus pandemiyasının uzun müddət ölkə ərazisində mövcud olacağını düşünür:

"Mən güman etmirəm ki, koronavirus infeksiyası qısa zaman ərzində ölkədən tamamilə təmizlənsin. Çünki bu SARS-CoV virusundan törəyən SARS-CoV-2 virusudur. Digəri ilə müqayisədə, SARS-CoV-2 daha geniş miqyasda yayılıb.

Bu gün dünyada koronavirusa yoluxanların sayı yeddi milyona yaxınlaşır. SARS-CoV virusuna yoluxanların sayı cəmi 10 minə yaxın, ölüm faktı isə 6-9 faiz arası olub. Güman edirəm ki, qarşıdakı illərdə COVID-19 respitor virus infeksiyalar sırasına qoşulacaq və zaman-zaman özünü büruzə verəcək".






Starxeber Bizi instagramda izləyin