11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 19.05.2020 87

Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğından 5 il ötür.

AZXEBER.COM xəbər verir ki, 2015-ci ilin 19 may tarixində səhər saatlarında baş vermiş yanğın hadisəsi nəticəsində 15 nəfər ölüb, 64 nəfər isə yaralanıb.

Yanğının başlamasına səbəb kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilir.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb.

Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

Hadisədən sonra prezident tərəfindən baş verən yanğın faktı ilə bağlı Dövlət Komissiyası yaradılıb. 20 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hadisə yerini ziyarət edib.
Dəhşətli yanğında ölənlərin adları:

1. Məhərrəmova Fərəh Elnur qızı (3 yaş)

2. Kərimova Ayan Anar qızı (5 yaş)

3. Hüseynov Ayxan Şahin oğlu (2 yaş)

4. Cavadov Ömər Vüqar oğlu (1 yaş)

5. Nəcəfzadə Yaşar Fazil oğlu (27 yaş)

6. Eyvazov Davud Hamir oğlu (16 yaş)

7. Eyvazova Ülkər Hamir qızı (21 yaş)

8. Şirinova Zülfiyyə Yavər qızı (43 yaş)

9. Kərimova Nazilə Malik qızı (39 yaş)

10. Bağırov Sahib Rəhim oğlu (49 yaş)

11. Bağırova Firəngiz Rəhim qızı (60 yaş)

12. Həsənova Alla Antonovna (58 yaş)

13. Utuyevsil Yuri Vladimiroviç (67 yaş)

14. Boykova Lyubov Viktorovna (87 yaş)

15. Yəhyayeva Elmira Əliağa qızı (68 yaş).






Starxeber Bizi instagramda izləyin