11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 16.05.2020 144

Paytaxtın Səbail rayonu, Niyazi küçəsində nəqliyyat vasitələrində sərnişinlərin intizamsız davranışları ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  operativ24.az-a verilən məlumata görə, müəyyən olunub ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sərnişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Digər nəqliyyat vasitəsi – “KİA” markalı avtomobilin sürücüsü Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail RPİ 9-cu PB-yə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Səbail Rayon məhkəməsinin qərarı ilə M. Hüseynov və C. Musayev 30 gün, Z. Cəfərov və R. Məcidov hər biri 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.






Starxeber Bizi instagramda izləyin