Müğənni Xuraman Şuşalı açıqlaması ilə diqqət çəkib.
Sənətçi İnstaqramda canlı yayımda övladlarından danışıb. O bildirib ki, yeni doğulan qızı Məryəmə xınayaxdı edəcək:
"Məryəmin 6 ayında xınayaxdı edəcəm. Onun əllərinə xına yaxacam. Özümün xınayaxdım olmayıb. Türklərdə elə adət görmüşəm. Uşağa 6 ayında xına yaxırlar".
Qeyd edək ki, Elçin adlı şəxslə ailəli olan Xuramanın 4 övladı var.