11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin 6.05.2020 1 022

"Əvvəl kimsə haqqımda nəsə deyəndə, mənə söz atanda əsəbiləşirdim, indi boş verirəm. Reaksiya vermək qarşı tərəfə şərəf olur. Özünü önəmsəyir".

Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Show news" verilişinə açıqlamasında deyib. Müğənni qalmaqallardan bəhs edib. O bildirib ki, indi tanınmış ifaçıya söz atıb, gündəmə gəlmək dəb alıb:

"Daha çox tanınmışlara söz atıb gündəmə gəlmək istəyirlər. Mənimlə də qalmaqal etmək istəyənlər çox olub, ad çəkmək istəmirəm. Reklam olar onlar üçün. Sözü deyirsən, sahibi özü götürür. Üzə vurmasa da, içində fikirləşir ki, sözün sahibi mənəm. Məni zəif bilsəydilər, adımdan istifadə etməzdilər. İndi "antireklam" da bir reklam olub.
Yanında cangüdənlərlə gəzən "müğənnicikləri" indi sayan yoxdur. Ona görə də indi sənətinlə yadda qalmalı, sevilməlisən. Sənətə indi maşını, cangüdəni ilə gəlirlər və gündəm olduqlarını düşünürlər. Yazıqlarda belə düşüncə formalaşıb. Sənətin olmasa, heç kimə maraqlı deyilsən. Elə yazıq müğənnilər bir ay efirə çıxmasalar bilirlər ki, unudulacaqlar. Dişim ağrıyır, anam öldü, xəstəyəm kimi hallarla sənətdə alver eləmək olmaz".

///axsam.az






Starxeber Bizi instagramda izləyin