11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin 6.05.2020 1 468

"Sənin varlığınla sənin və mənim ad günümdən əlavə həyatımda yeni və vacib bir doğum günü yarandı: sevgimizin, "biz" anlayışının ad günü... İtirilmiş etimadın yenidən doğulması və gələcək qurmaq planlarının yaranması...".

Bu sözləri aktrisa Aydan Axundova sosial şəbəkədə sevgilisi İbrahim Çingizlə fotosunu paylaşaraq yazıb. Aktyor sevgilisini ad günü münasibətilə təbrik edən sənətçi etiraflar edib:

"Varlığınla həyatımın mənası, birgə məqsədlər, yeni dünya və bir neçə belə amillər doğuldu. Onlar o qədər çoxdur ki, onları sevgi ilə qeyd etməyimiz üçün ömrümüzün yetməsini diləyirəm. Mənim dəyişməyimi istəmədən məni dəyişdirdin. Qoruyucu mələyim oldun. Elə bir qayğı ilə məni əhatə etdin ki, hər gün özümə aşiq olmağa başladım. Hər dəfə düşünürəm ki, sevgim səninlə nəticəyə çatdı və mən bütünləşdim. Hər dəfə qəlbimdə daha böyük yerlər fəth edirsən.

Önəmlisi odur ki, hər zaman sağlam ol, məni sevməyə davam et və belə möhtəşəm qal. Mənim sevgim, digərləri ilə mən məşğul olacam".

///axsam.az






Starxeber Bizi instagramda izləyin