Xalq artisti Naibə Allahverdiyeva karantin günlərindən bəhs edib.
operativ24.az xəbər verir ki, aktrisa bu haqda ARB-də yayımlanan "Faydalı saat" proqramında danışıb. O bildirib ki, tək arzusu istirahətə yollanmaqdır:
"Karantin bitən günü Nabrana qaçacam. Baxmayaraq soyudur, gedəcəm ora. Maşına minib meşələrə, dənizə gedəcəm.
Təbiət üçün çox darıxıram. Yaşıllanan ağaclara, yeni çiçək açan güllərə elə həsrətlə baxıram ki...".