11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 5.05.2020 1 774

Lerik rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar jurnalist Həmzə Vəliməmmədov vəfat edib.

operativ24.az “Report”a istinadən xəbər verir ki, Vəliməmmədov Həmzə Ruhulla oğlu 1938-ci ildə Lerik rayonunun Təlbəyəq kəndində anadan olub.

1957-ci ildə orta məktəbi, 1959-cu ildə pedaqoji texnikumu, 1966-cı ildə isə Azərbaycan Pedaqoji İnstitutunu bitirib.

Lerik rayonunun kəndlərində müəllim və məktəb direktoru, 1966-cı ildən isə Lerik rayonunda çıxan "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində şöbə müdiri işləyib. 1970-1972-ci illərdə Bakı Ali Partiya Məktəbinin jurnalistika şöbəsində təhsilini davam etdirib.

Sonrakı illərdə Lerik Rayon Partiya Komitəsinin təlimatçısı, rayon qəzetinin redaktoru, təhsil şöbəsinin, mədəniyyət və turizm şöbəsinin müdiri vəzifələrində çalışıb. Rayon ağsaqqallar şurasının sədri olub.

Publisist yazıları keçmiş İttifaqın və respublikanın nüfuzlu mətbu orqanlarında dərc edilib, radioda səsləndirilib. 1983-cü ildə "Qızıl qələm" mükafatına, 1990-cı ildə isə respublikanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvü olub.

Təcrübəli jurnalistin 2010-cu və 2011-ci illərdə "İllərdən qalan izlər", "Şərəflə yaşanmış ömür" və "Elin unudulmaz oğlu" kitabları çapdan çıxıb. 10 övlad atası, 17 nəvə babasıdır.

Qeyd edək ki, H.Vəliməmmədovun övladları dövlət qulluğunda məsul vəzifələrdə çalışır. O, Lerik Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədovanın atasıdır.

Mərhumun dəfn mərasiminə hazırlıq görülür.






Starxeber Bizi instagramda izləyin