11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Maqazin 5.05.2020 1 263

Stilist Anar Ağakişiyev Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi arasındakı saç qalmaqalına münasibət bildirib.


operativ24.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi ərsəyə gətirdiyi obrazın qalmaqala səbəb olması barədə ATV-də yayımlanan “Birlikdə güclüyük” verilişində danışıb:

“Təklif Röyadan gəldi. İstəməzdim belə müqayisə olunsun. Karantin vaxtı söylədi ki, fotosessiya edək. Dedim ki, düşünüm görüm səni hansı obrazda görürəm. Röya indiyədək hər şeyi etmişdi, amma qara uzun saçları olmamışdı. O da səs-küyə səbəb oldu. Bu fotodan sonra sosial şəbəkədə koronavirusu unutmuşdular.

Röyanın fotosessiyasına istifadə etdiyim saçı həmkarlarımın birindən aldım. Mağazalar bağlıdır deyə, dedim ki, varsa, mənə ver. Çox peşman oldum. 21 apreldə pariki taxdıq, fotosessiya etdik. Sonra həmin həmkarım 25 apreldə eyni pariki Natavana taxıb. İstədilər ki, məsələni guya biz onlardan sonra etmişik kimi fırlatsınlar. Bu, gülməli qalmaqaldır. Natavan həmişə uzun və qara saçlarda olub, burada qeyri-adilik yoxdur. Rihanna da bir neçə gün öncə belə uzun saçlarla fotolar paylaşıb. Bu, o deməkdir ki, o da Röyadan götürüb? Bunu etməyə ehtiyac yoxdur. Bunu edib Röya, bənzərlik sıfırdır. Röyada tamam başqa cür, Natavanda başqa cür. Hamı yaşa dolub, belə xırda işlərlə məşğul olmaq lazım deyil. Natavan bilməli idi ki, bu pariki Röya taxıb, istifadə etməməli idi”.

Qeyd edək ki, Röya və Natavan son günlər sosial şəbəkədə imicləri ilə bağlı fotolar paylaşaraq, bir-birinə söz atır. Bir neçə gün əvvəl isə Natavan 2015-ci ildə lentə alınan görüntüsünü yerləşdirərək, bu saç düzümünü hələ 5 il əvvəl etdiyini vurğulayıb.






Starxeber Bizi instagramda izləyin