11:23 “Bakcell” ilə İNNOVASİYA - Həyəcan dolu bir dövr BAŞLADI!  |     16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |    
Sosial 4.05.2020 179

Xəbər verdiyimiz kimi bu gündən karantin rejimin növbəti yumşalmasına görə bir çox müəssisələr fəaliyyətini bərpa edib. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov mayın 1-də keçirilən brifinqdə 65 yaşdan yuxarı olan insanların çölə çıxma məsələsinin müzakirə olunduğu bildirib.
 
İbrahim Məmmədovun bu fikirini bir çoxları mayın 11-fə karantin rejiminin bitməsi kimi anlayıb. Mayın 11-də karantin rejim ləğv ediləcəkmi?

Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, koronavirusla mübarizənin sonuncu mərhələsindəyik:

"Artıq karantin rejiminin mərhələli şəkildə sonlandırılması istiqamətində işlər gedir. Bakı, Sumqayıt, Lənkəran, Abşeron, Gəncə istisna olmaqla qalan bölgələrdə demək olar ki, karantin rejimindən çıxma mərhələsinə keçmişik. Ancaq o demək deyil ki, o bölgələrdə yaşayan insanlar sosial izolyasiya və məsafə qaydalarına riayət etməməlidir.

Koronavirus təhlükəsi hələ ortadan qalxmayıb. O ki qaldı Bakıda və digər bölgələrdə yaşlı insanların karantin şəraitindən çıxma məsələsinə, mayın 11-də bu məsələ baxılacaq. Əlbəttə bu qərara uyğun biz öz fəaliyyətimizi quracağıq. Amma karantin rejiminin mayın 11-də bitməsi ilə bağlı fikirlər səsləndirmək üçünü hələlik tezdir. Mayın 11-nə kimi istər 65 yaşa qədər, istərsə də o yaşdan yuxarı insanların Operativ Qərargahın verdiyi qərarlara əməl etməlidir. Onların evdən çölə çıxma icazəsi yoxdur. Hər hansı şəkildə qanuna əməl etməyənlər həm özlərini təhlükə altına atır həm də onların bu addımı inzibatı hüquqi məsuliyyət yaradır.

Ümid edirəm ki, mayın 11-nə kimi epidemoloji vəziyyət daha da yaxşılaşar. Ona da uyğun qərarlar qəbul olunar. Bəlkə də başqa yumşaldıcı qərarlar da oldu. Hər halda biz epidemoloji vəziyyəti və ona da uyğun Operativ Qərargahın qərarlarını gözləməliyik".(sonxeber.az)






Starxeber Bizi instagramda izləyin