16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 30.04.2020 173

"Son günlər insanlar karantin rejiminin yumşaldılmasını tamam başqa cür başa düşürlər. Elə bilirlər ki, koronavirus təhlükəsi aradan qalxıb və karantin qaydalarına riayət etməyə ehtiyac yoxdur".

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, koronavirus təhlükəsi hələ də davam edir, insanlar mütləq şəkildə qaydalara əməl etməlidirlər: "Hər kəs başa düşməlidir ki, bütün dünyada koronavirus pandemiyasına son qoyulana qədər xəstəliyin təhlükəsi qalır. Azərbaycan buna uyğun olaraq qoruyucu tədbirlər görür. Təəssüflər olsun ki, bəzi insanlarımızın ya intizam mədəniyyəti, ya səhiyyə mədəniyyəti kifayət qədər deyil, ya da məsuliyyət hissi aşağıdır. Prezident İlham Əliyev bütün görüşlərində vətəndaşlarımızı bu məsələdə çox məsuliyyətli olmağa dəvət edib. Bu, hər kəsin öz fərdi sağlamlığı deyil, onun ailəsinin, ünsiyyətdə olduğu sevdiyi insanların və tanımadığı insanların sağlamlığının qorunması və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətidir. İnsanlar karantin yumşalandan sonra eyni davranışlara davam etsələr, ikinci dalğa başlayar ki, bir çox ölkələrdə artıq bunun siqnalları var. Nəticədə karantin müddəti uzadıla bilər. Biz daha uzun müddətli və ciddi karantin rejiminə keçməli olarıq ki, bu da sosial həyatımıza, iqtisadi həyatımıza və psixoloji durumumuza ciddi təsir edər. Burada hər kəs cəmiyyətin bir parçası olaraq məsuliyyət hiss etməlidir. Dərk etməlidirlər ki, zərurət olmadığı hallarda evdən çıxmağa ehtiyac yoxdur”.

M.Quliyev bildirib ki, insanlar sanitar qaydalara riayət etməli, sosial məsafəni qorumalıdır. Bundan başqa, qoruyucu vasitələrdən istifadə etmək də vacibdir.

"Ola bilsin ki, rejim uzun müddət qüvvədə qalar. Cəmiyyət olaraq yeni yaşam qaydalarına öyrəşməliyik, əvvəlki yaşam qaydaları, müəyyən tədbirlər, mərasimlər bəlkə ümumiyyətlə olmayacaq. İnsanlar psixoloji olaraq buna hazırlaşmalıdır. Yoluxanlarla müqayisədə sağalan xəstələrin sayında müşahidə edilən müsbət dinamika bizi arxayınlaşdırmamalıdır. Virus daha geniş yayıla bilir. Hər kəs diqqətli olmalı, vəziyyətin ciddi olduğunu başa düşməlidir”. /// azvision.az






Starxeber Bizi instagramda izləyin