16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Sosial 28.04.2020 166

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun səhhəti ağırlaşıb.

“Hokm.AZ” xəbər verir ki, bu barədə məlumatı şirkətin rəsmisi Fidan Quliyeva yayıb.

O bildirib ki, M.Mənsimov ciddi əməliyyatdan sonra həbs edildiyi üçün həbsxanada qaldığı müddətdə yarası iltihablanıb. Həmçinin bədənində şişkinliklər meydana gəlib, qaraciyərində problemlər yaranıb və idrarından qan gəlir. Əməliyyatdan sonra həkim nəzarətində qalmalı olduğu üçün həbsxanada olduğu günlərdə immun sistemi olduqca zəifləyib.

Koronavirus pandemiyasının sürətlə yayılması səbəbilə orqanizmi infeksiyaya açıq olan Mənsimovun həyati təhlükəsi var.

“Hazırda bədəni çox yorulduğu üçün gəzməkdə belə çətinlik çəkir. Bütün qanuni təşəbbüslərə və tələblərə baxmayaraq, Mübariz Mənsimov hələ də xəstəxanaya göndərilməyib və yoxlanışlardan keçirilməyib. Özünü heç bir halda təmin edə bilmədiyi və həyati təhlükəsi olduğu üçün Silivri Həbsxanasının ağır şəraitində qalmağı mümkün deyil. Keçirdiyi əməliyyatlar, həkim nəzarətində qalmağına dair bütün tibbi arayışlar mövcud olsa da, hətta bu hesabatlar lazımi orqanlara təqdim edilsə də, Mənsimov hələ də həbsxanadadır və xəstəxanaya yerləşdirilmir.

Mübariz Mənsimovun hazırki vəziyyəti ilə bağlı həbsinin ev həbsinə çevrilməsi lazımdır. Səlahiyyətli şəxslər bu vəziyyətə biganə qaldıqca Mənsimovun həyatı təhlükədə olacaq”.






Starxeber Bizi instagramda izləyin