16:55 "Nar"dan sərfəli smartfon təklifi  |     22:42 "CineMastercard"da “Qeyri-Centlmen İşlər Nazirliyi” filminin premyeradan öncə nümayişi keçirilib  |     17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |    
Maqazin 21.04.2020 222

Bütün dünyanı cənginə alan koronavirus pandemiyası dövründə növbəti xeyirxah addım Təranə Qumral və Musa Musayev cütlüyündən gəldi.

 
operativ24.az xəbər verir ki, onlar da digər şou əhli kimi bəzi aztəminatlı ailələrə yardım göstəriblər. Hazırda Qubada olan Təranə qızı Qumral və kürəkəni ilə bəzi ailələrə baş çəkiblər.

Sənətçi ərzaq yardımı ilə yanaşı bir sıra ailənin yaşadığı evinin damını, su ilə probleminin aradan qaldırmağı, hətta yaşlı bir nənənin gözünün əməliyyatını öz üzərinə götürüb.

Təranə saytımıza açıqlamasında qeyd edib ki, o bu cür addımları virusdan öncə də atdığını, tez-tez bəzi ailələrə istər maddi, istərsə də mənəvi yardım etdiyini bildirib:

 
"Mən uzun illərdir bəzi ailələrə yardım edirəm. Şükürlər olsun ki, xalqımız sayəsində qazanırıq. Bu qazancıma görə bir çox imkansız ailələrə yardım göstərməyi boynumun borcu bilmişəm. Sadəcə bütün bunları çəkib, nümayiş etdirmirəmsə, bu o demək deyil ki, mən heç kimə köməklik göstərmirəm.

Mən də öz növbəmdə hər ay mütəmadi olaraq himayəmdə olan ailələrə dəstək oluram. Bu gün isə bunu çəkib, göstərməkdə məqsədim odur ki, haqqımda gəzən söhbətlərə son qoyulsun.

Guya mən heç kimə yardım olmuram. Bilib-bilmədən danışmasınlar. Qoy bu görüntülər onlar üçün sübut olsun".






Starxeber Bizi instagramda izləyin